"Neftçi"dən Vobayın ədəbsizliyinə reaksiya gəldi
ANS PRESS-in məlumatına görə, "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məsələyə münasibət bildirib. ANS PRESS münasibəti diqqətinizə çatdırır:
"Əziz azarkeşlər, hörmətli mətbuat nümayəndələri, eləcə də digər dostlarım. “Neftçi”nin futbolçusu Julius Vobayın ədəbsiz jest etdiyi iddiası mətbuatın gündəmindədir. Əslində, bu iddialara münasibət daha tez verilə bilərdi. Sadəcə məsələnin aydınlığa çıxması üçün faktlar əldə etmək vaxtımızı aldı. Sizə təqdim etdiyimiz videoya diqqətlə baxmağınızı xahiş edirəm. Julius Vobay oyundan sonra qələbəni özünə məxsus tərzdə qeyd edir. Fikir veririsinizsə, bu jest “Simurq” azarkeşlərinə deyil, qələbə qolunun vurulmasında əməyi olan Əziz Quliyevə və Nikolas Kanalesə, həmçinin qapısını toxunulmaz sağlamağı bacaran Aqil Məmmədova yönəlir. Bu təhqir deyil, Vobaya məxsus qələbə sevincidir. Bu barədə futbolçumuz Julius Vobayla da söhbətimiz oldu. O, illərdir ölkəmizdə yaşadığını və bir müsəlman kimi Azərbaycan xalqının inancına, adət-ənənəsinə az-çox bələd olduğunu söylədi. Vobayın mənə dediklərini olduğu kimi bura yazıram: “Həmin epizodda ədəbsiz jestdən söhbət belə gedə bilməz. Uzun illərdir Azərbaycandayam və heç vaxt belə hərəkət etməmişəm, bundan sonra da etmərəm. Gərgin oyundan sonra qazandığımız qələbəni komanda yoldaşlarımla bu formada qeyd etdim. Əgər, hər hansı azarkeş bu hərəkətimi qeyri-etik jest kimi başa düşübsə, mən həmin insanlardan üzr istəməyə hazıram. Kiminsə qəlbini qırmaq istəmərəm.
“Neftçi” PFK olaraq bildirmək istəyirik ki, əgər Julius Vobay belə bir hərəkət etmiş olsaydı, ilk növbədə klubumuz onu cəzalandırardı." Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47