Bakı, 6 aprel, AZƏRTAC
Argentinanın Bariloçe şəhərində dünyanın ən böyük bayram yumurtası hazırlanıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, əl ilə düzəldilən bu yumurtaya 8 min ton şokolad sərf olunub. On minlərlə insan hündürlüyü 8,5 metr olan yumurtadan dadmaq üçün Bariloçeyə toplaşıb.