[ 06 Aprel 2015 15:15 ]


Bakı-APA. Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayev Oksikbayeviç bu həftə Bakıya gələcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirin Azərbaycana gəlişi ilə bağlı işlər tamamlanmaq üzrədir. 


Qeyd edək ki, B.İsabayev bundan əvvəl Qazaxıstanın Qırğız Respublikasındakı səfiri olub.