Büdcəmizə 17 milyon zərər vuruldu
ANS PRESS Trend-ə istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2014-cü ilin fəaliyyətinə dair hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, 2014-cü ildə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 7-ci bəndinin talablərinə uyğun olaraq 4 nəzarət tədbirinin nəticələri ilə bağlı materiallar araşdırılması məqsədilə aidiyyati uzrə müvafiq orqana göndərilib.
Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına dair, "Aqrolizinq" ASC-yə dovlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlasdırılması və istifadəsinə dair, Azərbaycan Respublikasi Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011-2013-cü illər və 2014-cü ilin I yarımilliyi üzrə Kürdəmir rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılmış nəzarət tədbirlərinin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, "Aqrolizinq" ASC-nin, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin və Kürdəmir rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlat əmlakından, ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, büdcə ödəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması halları müəyyən olunub.
Eyni zamanda, məlumatda qeyd olunur ki, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları, ünvanlı dövlət sosial yardımlarının, sosial müavinətlərin və təqaüdlərin təyin olunması və ödənilməsində ciddi hüquq pozuntularına yol verilməklə külli miqdarda ödənişlərin həyata keçirilməsi, rəsmi sənədlərlə yalan məlumatların daxil edilməsi və bir sıra digər ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə 17104,4 min manat zərər vurulması ehtimalı nəzərə alınaraq yuxarıda qeyd olunan təşkilatlar üzrə yoxlama materialları Baş Prokurorluğa göndərilib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47