Anspress-in məlumatına görə, 1919-ci il təvəllüdlü sənətçi Türkan Şoraydan Hale Soyqaziyə, Nəriman Köksaldan Arzu Okaya qədər çox sayda sənətçinin səsinə həyat verib. Akkaya xüsusilə 50-dən çox filmdə Türkan Şorayın səsini canlandırıb.
Akkayanın cənazəsi çərşənbə axşamı təşkil olunacaq vida mərasimindən sonra torpağa tapşırılacaq.
Sənətə 1937-ci ildən başlayan N.Akkaya 1951-52-ci illərdə Muhsin Ərtoğrulun qurduğu "Kiçik Sahne" teatrında çalışıb. 1959-cu ildə "Kent Oyuncuları"nda səhnəyə çıxıb. O, 1952-ci ildə Tarık Gürcan ilə evlənərək teatrdan gedib. Akkaya 1960-cı ildən sonra bir çox kinoda aktyorların səsini canlandırıb, 500-ə yaxın filmə öz səsi ilə imzasını qoyub.
Milli.Az