[ 06 Aprel 2015 12:06 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabat Milli Məclisə daxil olub.

Parlamentdən APA-ya verilən məlumata görə, hesabat aprelin 14-də müzakirəyə çıxarılacaq.

 

Ali maliyyə orqanının hesabatında ölkədə fəaliyyət göstərən qurumların işində aparılan yoxlamaların nəticələri açıqlanıb.

 

Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.