Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə “Android” mobil platformasında 79 müxtəlif boşluq aşkar edilib. Bu boşluqların hamısı “Android 4.4” və “Android 5.0” versiyalarında düzəldilib. Hazırda “Android” platformasının aktual versiyası heç vaxt olmadığı kimi təhlükəsizdir.
“Google”un nümayəndəsi dəfələrlə vurğulayıb ki, “Android” təhlükəsiz mobil əməliyyat sistemidir, sadəcə, populyarlığına görə haker hücumuna məruz qalır.
Milli.Az