İsa peyğəmbərin çəkdiyi əzabları hiss etmək, günahlardan təmizlənmək və İsaya təşəkkür etmək üçün könüllü şəkildə özlərini çarmıxa çəkdirdilər. Katolik kilsənin razılığını alan bu şəxslər Həzrəti İsanın çarmıxa çəkilmə səhnəsini öz bədənləri ilə canlandırdılar.
Onların əl və ayaqlarından çarmıxlara mismarlanmaları tükürpədici görüntülərə səbəb olub. Rəsmi şəkildə təşkil edilən mərasimi minlərlə insan maraq və dəhşət dolu baxışlarla izlədi.
Xristian inancında "Müqəddəs Cümə" Həzrəti İsanın çarmıxa çəkildiyi gündür. Filippinlilər və bəzi Cənubi Amerika ölkələrində yaşayan xristian təriqətləri cümə günündə İsa peyğəmbərin (s.ə.s) əziyyətlərinə ortaq olma inancıyla bədənlərinə əziyyət verən ayinlər yerinə yetirirlər.
Bu gecəyə qədər yas saxlayan xristianlar, gecə yarısı ayinlərində şamlar yandıraraq Hz İsanın dirilərək yenidən göyə yüksəlişini qeyd etməyə başlayacaqlar.
Milli.Az