Bakının Səbail rayonunda vətəndaşa məxsus “Volkswagen” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.