Avstraliyanın bir neçə şəhərində İslam və irqçilik əleyhinə aksiya keçirən rəqib qruplar arasında toqquşma baş verib.

ANS PRESS-in məlumatına görə, ölkənin ikinçi şəhəri olan Melburnda polis nümayişin gedişatına qarışmalı olub.

Bir neçə aksiya iştirakçısının saxlanıldığı bildirilir.

“Reclaim Australia” hərəkatı nümayişlərə ilk çağırışın İslam əleyhinə olmadığını, Avstraliya dəyərlərinin keşiyində durmağı əsas tutduğunu bəyan edib. Hərəkat öz tərəfdarlarını ölkənin "islamlaşmasına" yol verməməyə çağırıb.

Rəqib aksiya iştirakçıları isə bu hərəkatı antimüsəlman hisslərini qızışdırmaqda və İslam əleyhinə stereotiplər yaymaqda suçlayırlar.

Mənbə
ANS PRESS