"Barselona"nın baş məşqçisi Luis Enrike futbolçusu Lionel Messinin son durumu haqda açıqlama verib.
 
Milli.Az qol.az-a istinadən bildirir ki, o, argentinalı hücumçunun özünü yaxşı hiss etdiyini deyib. L.Enrike bildirib ki, L.Messi İspaniya La Liqasının 29-cu turunda "Selta"ya qarşı matçda oynamağa hazırdır.
 
Qeyd edək ki, "Selta" - Barselona" oyunu sabah keçiriləcək.
 
Xatırladaq ki, Argentina millisinin hücumçusu L.Messi ayağındakı şiş səbəbindən Salvador və Ekvadora qarşı yoxlama görüşlərini buraxmışdı.
 
Milli.Az