"Report"un "Gazeta.Ru" saytına istinadən verdiyi xəbərə görə, paytaxt Gavananın mərkəzində Venesuelladan gələn nümayəndə heyyəti ilə görüşən 88 yaşlı Fidel Kastro, qonaqları avtomobilin pəncərəsindən salamlayıb.
Qeyd edək ki, bu ilin əvvəlində Qərb mətbuatı növbəti dəfə Kubanın əfsanəvi liderinin ölümü xəbərini yaymışdı.



