Aprelin 11-dən 18-dək Tbilisidə təşkil olunacaq Avropa çempionatına yollanmağa hazırlaşan ağır atletika yığmamızın yeni baş məşqçisi məlumdur.

ANS PRESS "Futbol+" qəzetinə istinadla xəbər verir ki, yığma komandamız qitə birinciliyində polşalı Miroslav Çoroşun rəhbərliyi altında mübarizə aparacaq. Dponiq qalmaqalına görə ölkəmizi tərk edən bolqar Zlatan Vanevi əvəzləyən macar Tomas Feher bu postda uzun müddət duruş gətirə bilməyib. Onun Azərbaycandakı fəaliyyəti cəmisi 4-5 ay sürüb.

Polşa millisinə 2000-ci ildən başçılıq etməyə başlayan Çoroş bu məsul vəzifədə 8 il çalışıb. Artıq 20 gündən çoxdur ki, ölkəmizdə olan polşalı mütəxəssis səhhətiylə bağlı vətəninə yollanan Feheri əvəzləyib.
Mənbə
ANS PRESS