Bakı, 4 aprel, AZƏRTAC
"Microsoft" "Office Lens" proqramının “İOS” və “Android” versiyalarını təqdim edib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, smartfon kamerasından skaner kimi istifadə etməyə imkan verən "Office Lens" əlavəsi menyunun, reseptin və ya biznes kartın şəklini çəkdikdən sonra dərhal dəyişiklik edərək "Microsoft"un “OneNote” və ya “OneDrive” bulud yaddaşına göndərir. Proqram şəkli “Word” faylı, “PowerPoint” prezentasiyası və ya “PDF” faylı kimi yadda saxlamağa, eyni zamanda, optik tanıma xüsusiyyətini istifadə edərək mətni axtarış və redaktə etməyə imkan verir. “iOS” və “Android” smartfon istifadəçiləri proqramı pulsuz yükləyə bilərlər.