Müharibə veteranları prezident İlham Əliyevə onlara göstərdiyi yüksək qayğıya görə minnətdarlıq edib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam veteranlar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb.

 

Ehtiyatda olan general-mayor Dadaş Rzayev bununla əlaqədar Respublika Veteranlar Təşkilatı rəyasət heyəti adından dövlət başçısına təşəkkür məktubu ünvanlayıb.