Braziliyanın "Flamengo" klubuna rəhbərlik edən Vanderley Luşemburqo mətbuat konfransında ağzına lent yapışdırıb. Goal.az xəbər verir ki, braziliyalı mütəxəssis bununla senzuraya etirazını bildirib.
Luşemburqo daha öncə Rio-de-Janeyro Futbol Federasiyasına qarşı tənqidi fikirlər səsləndirdiyi üçün 2 oyunluq diskvalifikasiya olunmuşdu.
 
Bir müddət "Real Madrid"i də çalışdıran 62 yaşlı mütəxəssis ötən ilin yayında karyerasında 4-cü dəfə "Flamengo"nun sükanı arxasına keçmişdi. Onunla 2015-ci ilin sonuna kimi müqavilə imzalanıb.

Milli.Az