Tariflərin artırılması Bakı-Novorossiysk kəməri ilə neftin nəqlinə təsir etməyəcək
Bakı, 4 aprel, Nihat Budaqov, AZƏRTAC
Tariflərin gözlənilən artırılması Bakı-Novorossiysk kəməri ilə neftin nəqlinə təsir etməyəcək.
AZƏRTAC xəbər verir ki, “Transneft” şirkətinin Bakı-Novorossiysk kəməri ilə neftin nəqli tariflərinin 30 faiz artırılması ilə bağlı Rusiya Federal Tarif Şurasına müraciətinə münasibət bildirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev qeyd edib ki, hazırda Bakı-Novorossiysk kəməri ilə neft kommersiya şərtləri əsasında nəql edilir. Əvvəllər isə həmin kəmər ilə neft Rusiya və Azərbaycan arasında imzalanan Hökumətlərarası Saziş əsasında nəql olunurdu. Hazırda neft kommersiya şərtləri ilə dövlətlərarası şərtlərdən daha ucuz qiymətə nəql olunur. Rusiya rublunun devalvasiyası qiyməti çox sərfəli edib. Daha öncələrə nisbətən neftin nəqli iki dəfə ucuz başa gəlir.
“Prezident İlham Əliyevin strateji mövqeyinə əsasən bu xətt ilə neftin nəqli daim olmalıdır. Bizim diversifikasiya olunmuş neft kəmərlərimiz var. Bu o deməkdir ki, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün heç bir problem yoxdur”, – deyə SOCAR-ın prezidenti bildirib.
Qeyd edək ki, Rusiya Federal Tarif Şurası tariflərin artırılmasına aprelin 7-də baxacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35