Belarus Prezidenti Aleksandr Lukaşenko maraqlı addım atıb. O, əməkqabiliyyətli insanların işləməsini stimullaşdırmaq məqsədilə tüfeylilərlə bağlı qanun imzalayıb.

ANS PRESS-in məlumatına görə, sənəd bu il yanvarın 1-dən işləməyənlərə şamil olunacaq.

Belarus prezidentin mətbuat xidməti bildirib ki, mühüm məqsədlərdən biri də Belarusda yaşayanların dövlət xərclərinin maliyyələşdirilməsində iştiraka dair Konstitusiya vəzifələrinin yerinə yetirilməsini təmin etməkdir.

Qanuna görə, ən azı 183 təqvim günü işləməyən vətəndaşlar, əcnəbi vətəndaşlar, Belarusda daim yaşayanlar və vətəndaşlığı olmayanlar böyük məbləğdə cərimə ödəməlidirlər. Cərimə ödəməkdən azad olunanlar isə bunlardır: 7 yaşınadək uşağı olan valideynlər, 18 yaşdan aşağı əlil uşağı olanlar, 3 və daha çox yetkinlik yaşına çatmayan övlad sahibləri, əlillər, 18 yaşı tamam olmayanlar, 55 yaşlı qadınlar və yaşı 60-dan yuxarı kişilər.

Bundan başqa, tüfeylilərin cəzalandırılması üçün cərimələr kimi həbslər, ictimai-faydalı işlər də nəzərdə tutulur.

Mənbə
ANS PRESS