Qəbələ, 4 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən ölkə birinciliyinin zona yarışı başa çatıb.
AZƏRTAC xəbər verir ki, zona mərhələsində 16 şəhər və rayonda fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin, idman klubları və cəmiyyətlərinin və Olimpiya idman komplekslərinin yetirməsi olan 160-dək güləşçi 16 çəki dərəcəsində mübarizə aparıb.
Üç gün davam edən yarışda hər çəki dərəcəsi üzrə I, II və III yeri tutan güləşçilər ölkə birinciliyinin Balakən rayonunda keçiriləcək final mərhələsində iştirak etmək huququ qazanıblar.