Gəncə, 4 aprel, AZƏRTAC
Gəncədəki 3 saylı uşaq poliklinikasının həkimləri növbəti müayinə aksiyasını şəhərdəki 14 nömrəli orta məktəbdə keçiriblər. Həkim briqadasının tərkibinə daxil edilmiş pediatr, stomatoloq, oftalmoloq, nevropotoloq və digər ixtisaslı tibb işçiləri aksiya zamanı 600 şagirdi müayinə ediblər.
Poliklinikanın baş həkimi Svetlana Salahova AZƏRTAC-a deyib ki, müayinə zamanı uşaqlarda elə bir ciddi xəstəlik aşkar olunmayıb. Ancaq bir neçə uşaqda müxtəlif göz xəstəliləri, dişlərdə karies və onurğa əyilmələri müəyyənləşdirilib. Bununla bağlı valideynlərlə söhbət aparılaraq, həmin xəstəliklərin aradan qaldırılması üçün tövsiyyələr verilib.