Bakı, 4 aprel, AZƏRTAC
Şəmkir rayonunda vətəndaşa məxsus “CHEVROLET” markalı minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.