İŞİD terror qruplaşması daha bir insanlıqdan uzaq hərəkət edib.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması Suriyanın şimalındakı Ahtarin qəsəbəsində çox sayda ərzaq payını ələ keçirərək yandırıb. Bu barədə “RT” xəbər yayıb.

Aralarında uşaqların da olmaqla, İŞİD silahlıları ərzaq yardımı paketlərini daşıyaraq bir yerə toplayıb, daha sonra ona od vurublar. Terrorçular bunu islami hüquqlara zidd olduğu səbəbilə etdiklərini bildiriblər. Xüsusilə həmin ərzaq yardımının ABŞ-dan göndərildiyi yandırılmasının başlıca səbəbi olub.

Yardım paketlərinin içərsində çox sayda toyuq ətləri var imiş ki, bu da Suriyadakı minlərlə ac insanın təmin edilməsi üçün nəzərdə tutulmuşdu.







Mənbə
ANS PRESS