ANS PRESS-in məlumatına görə,bu haqda İngiltərə Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verib. "Arsenal"ın hücumçusu Oliver Jiru ötən ayın ən yaxşı futbolçusu seçilib.
O, mart ayında 5 qol vurub və 1 qolun ötürməsini verib.
"Topçular"ın çalışdırıcısı Arsen Venqer isə martda ard-arda 4 qələbə qazanmaqla ayın ən yaxşı baş məşqçisi seçilib.
Qeyd edək ki, ardıcıl qələbələr sayəsində "Arsenal" turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
MənbəANS PRESS