Oxot dənizində itkin düşmüş dənizçiləri tapmaq mümkün olmayıb
Bakı, 3 aprel, AZƏRTAC
Oxot dənizində “Dalniy Vostok” traulerinin qəzaya uğraması nəticəsində itkin düşmüş 13 dənizçinin axtarışları bu gün də davam etdirilib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, əlverişli hava şəraiti xilasedicilərin aviasıyanı işə salmasına imkan yaradıb. Lakin Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin və helikopterinin iştirakı ilə aparılan kəşfiyyat da nəticəsiz qalıb. Əgər hava şəraiti imkan versə, axtarışlar sabah davam etdiriləcək.
Xatırladaq ki, “Dalniy Vostok” trauleri aprelin 2-nə keçən gecə Oxot dənizində Kamçatka diyarının Krutoqorovski qəsəbəsindən 250 kilometr cənubda qəzaya uğrayıb. Hadisə zamanı gəminin göyərtəsində 132 nəfər olub. Aparılan xilasetmə işləri nəticəsində 63 dənizçi xilas edilib. Son məlumata görə, hadisə zamanı həlak olanların sayı 56 nəfərdir. İtkin düşmüş 13 ekipaj üzvünün taleyi isə hələlik məlum deyil. Onların batmış gəminin korpus hissəsində ola biləcəyi ehtimal edilir. Qəza yerində dənizin dərinliyi 200 metrə çatdığından dalğıclar batmış gəmini təhqiq edə bilmirlər.
Axtarış-xilasetmə işlərinin gedişi Moskvada davamlı surətdə izlənilir. Rusiya prezidenti Vladimir Putin qəza nəticəsində zərər çəkənlərə və həlak olanların ailələrinə yardım göstərilməsini nəzarətdə saxlamaq barədə hökumətə tapşırıq verib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47