Müsavat.com xəbər verir ki, "Sözçü" qəzetinin məlumatına görə, hadisə Adıyaman vilayətinin Kahta rayonunda baş verib. Öldürülən Əli Şimşəyin cəsədi rayon mərkəzindən kənarda bir tarlada tapılıb. Orhan Şimşəyin isə polisə təslim olduğu bildirilib.
Qeyd edək ki, Samanyolu televiziyasında yayımlanan “Kiçik gəlin” serialında rol alan Orhan Şimşək yanvar ayında itkin düşmüşdü.
1985-ci ildə dünyaya gələn aktyor “Gənco”, “Karamel”, “Nəfis”, “Sultan”, “Kiçik gəlin” seriallarında rol alıb.
Milli.Az