Səfir: "Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir"
"Report"un xəbərinə görə, iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəbulda çıxış edən Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser bildirib ki, Pakistan və Azərbaycan arasındakı münasibətlərin kökü dərindir. Səfir bildirib ki, Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı, Azərbaycan isə Cammu və Kəşmir məsələsində Pakistanı dəstəkləyir.
O, həmçinin bildirib ki, Pakistan xalqı Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya onun Pakistandakı humanitar yardımlarına görə yüksək hörmət bəsləyir və onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun Pakistanda gördüyü işləri çox yüksək qiymətləndirir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə çıxışında Azərbaycan Prezidenti və xalqı adından Pakistan xalqını və dövlətini təbrik edib. İki ölkənin münasibətlərinin qədim tarixə malik olduğunu deyən nazir bildirib k, Azərbaycan və Pakistan arasında daim sıx qardaşlıq münasibətləri olub: "Ölkəmiz müstəqillik qazandıqdan sonra bu münasibətlər daha surətlə inkişaf etməyə başladı. İki ölkə arasında bu günə kimi 30 dan artıq sənəd imzalanıb. Son illər iqtisadi əlaqələr sürətlə inkişaf edir, bir il ərzində ticarət dövriyyəsinin həcmi 2,5 dəfə artıb". Bununla belə, nazir bu rəqəmlərin qanedici səviyyədə olmadığını deyib.
Sonda S.Müslümov xatırladıb ki, Pakistan yeganə ölkədir ki, Ermənistanı dövlət kimi tanımır. O əlavə edib ki, Azərbaycan Pakistanın bu dəstəyini daim qiymətləndirir.
Tədbirdə həmçinin Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın "Uzaqdakı ən yaxın Pakistan" adlı kitabının təqdimatı da keçirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47