Bakı, 3 aprel, AZƏRTAC
ABŞ-ın Miçiqan Elmi-Tədqiqat İnstitutunun diyetoloqları insanlar üzərində silsilə təcrübə və sınaqlardan sonra sensasiyalı bəyanat veriblər. Onlar bildiriblər ki, alma əvvəllər hesab olunduğu qədər faydalı deyildir. Məlum olub ki, bu meyvə insan orqanizminin sağlamlıq durumuna əhəmiyyətli dəyişiklik etmək iqtidarında dey.
Bir vaxtlar hesab olunurdu ki, gündə bir alma yemək orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır. Təəssüf ki, tədqiqatçılar sübut edə biliblər ki, bu fikir əsassızdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər belə qənaətə silsilə təcrübələrdən sonra gəliblər. Sınaqlarda 8427 ABŞ vətəndaşı iştirak edib. Tədqiqatçılar müəyyən ediblər ki, gündə bir alma yeyən insanlar alma yeməyənlər ilə müqayisədə həkimlərə 9 faiz az müraciət edirlər.
Eksperimentlər zamanı diyetoloqlar müəyyən ediblər ki, hər iki qrupun üzvlərinin həkimlərə müraciət şansı təxminən eynidir. Eksperimentin 8427 iştirakçısından 753-ü (9%) gündə bir alma yeyib, 7646-sı (91%) alma yeməyib. Hərçənd alma yeyən könüllülər dərman preparatlarından daha az istifadə ediblər. Eksperiment zamanı heç bir könüllü zərər çəkməyib.