Bakı, 3 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda çin dili üzrə doqquzuncu beynəlxalq HSK imtahanı və çin dili üzrə altıncı şifahi HSKK imtahanı keçirilib.
Konfutsi İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu institutda və onun filiallarında oxuyan 47 nəfər BDU-nun nəzdində olan Konfutsi İnstitutunun və Konfutsi İnstitutların/Hanban qərargahı ilə birlikdə təşkil etdiyi imtahanlarda iştirak edib.
İştirakçılar HSK 1-5 səviyyələri və HSKK ibtidai və orta səviyyədə imtahanları veriblər. Bu il imtahan iştirakçılarının sayı yeni rekordu müəyyənləşdirib. İmtahan
Azərbaycan media işçilərinin diqqətini cəlb edib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları imtahanlarda iştirak ediblər.
Konfutsi İnstitutunun Çin tərəfindən direktoru, dosent Hu Fenhua institutun yaradılması vaxtından bəri dörd il həyata keçirilən imtahanlar barədə ətraflı məlumat verib. Hu Fenhua HSK və HSKK imtahanlarının müəllimlik fəaliyyətinin keyfiyyətini və şagirdlərin səviyyəsinin yoxlanılmasının əhəmiyyətini qeyd edərək, HSK və HSKK nəticəsində 100-dən artıq tələbənin Azərbaycandan Çinə təhsil almaq məqsədilə yollandığını söyləyib.
2009-cu ilin sonlarında xaricdə (Hanban) çin dilinin yayilması üzrə Çin Xalq Respublikasının dövlət şurasının nəzdində olan dövlət dəftərxanası imtahanın yeni versiyasını inkişaf etdirib. Hanyu Shuiping Kaoshi (HSK) – çin dili üzrə standartlara uyğunlaşdırılmış və çin dilinə aid olmayan şəxslər üçün nəzərdə tutulan, nəticələri dünyada təsdiqlənən imtahan hesab edilir. İmtahan iki hissədən ibarətdir: yazılı və şifahi ayri verilən testlər - HSK və HSKK. HSK və HSKK imtahanlari Dövlət Hanban dəftərxanası (Konfutsi Institutunun qərargahı) tərəfindən təşkil edilib.
HSK çətinləşdirilməsinə görə altı səviyyəyə, (HSK1-6), HSKK, isə üç səviyyəyə bölünür: əsas, orta və yüksək səviyyə. HSK seçmə imtahanı xarici tələbə sertifikatlaşdırması üzrə hansının nəticələri bütün dünyada təsdiqlənən ümumi formadır.
Dünyada çin dilinin yayilması ilə əlaqədar bu dili öyrənən bir milyondan artıq bir milyondan artıq şəxs imtahanı vermək məqsədi ilə qeydiyyatdan keçir. HSK və HSKK sertifikatları artıq Çində təhsil almaq imkan yaradan, Konfutsi Institutu tərəfindən qrant almaq məqsədilə zəruri şərt və tədris qiymətləndirilməsi üçün üsula çevrilib. Hazırda 860-dan artıq imtahan nöqtələri var. BDU-nun nəzdindəki Konfutsi İnstitutu çin dili üzrə HSK və HSKK imtahanlarının keçirilməsi və müayinə üçün yeganə nöqtə sayılır.
Test nəticələrinə görə Hanban tərəfindən verilən beynəlxalq sertifikata əsaslanaraq, Konfutsi İnstitutundan qrant almaq və Çin Xalq Respublikasında çin dili kurslarını keçmək imkanı verilir.