Bakı Şəhər İcra Hakimiyyəti 115 saylı bağçada baş verən hadisə ilə bağlı açıqlama verdi.

BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ANS PRESS-ə açıqlamasında bildirib ki, İcra Hakimiyyəti baxçada uşaqlara köhnə məhsulların verilməsi faktını araşdıracaq.

"Məsələ artıq rəhbərliyin diqqətinə çatdırılıb. Fakt ciddi şəkildə araşdırılacaq", - deyə Nailə Məmmədova bildirdi.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən 115 saylı baxçada uşaqlara vaxtı ötmüş ərzaqlar verilir. Belə ki, baxçada dünən uşaqlara iylənmiş ət veriblər. Valideynlər bu barədə şikayət ediblər. Onların sözlərinə görə, bu baxçada belə bir faakt uzun müddətdir ki, mövcuddur.

Bundan başqa bağçada uşaqlara verilən xamanın martın 20-də istifadə müddəti bitib.

Əvvəlki xəbər bu linkdə: Bakıda uşaq baxçasında biabırçılıq (FOTO)
Mənbə
ANS PRESS