Bakı Dövlət Universitetində çin dili üzrə 14-cü ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsi
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 11-dən 25-dək Bakı Dövlət Universitetində (BDU) çin dili üzrə 14-cü ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsinin Azərbaycan üzrə seçmə turu keçiriləcək.
BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutundan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində çin dilini öyrənən 200-dən çox tələbə iştirak edəcək. Müsabiqə iki mərhələdən ibarət olacaq. İlk mərhələdə iştirakçılar Çin haqqında bilikləri üzrə yazılı imtahan verəcəklər. Ikinci mərhələdə tələbələr nitq söyləyəcək, sualları cavablandıracaq və bədii çixiş edəcəklər. Birinci mərhələni müvəffəqiyyətlə başa vuran iştirakçılar ikinci mərhələyə keçəcəklər. Ikinci mərhələnin nəticələrinə əsasən müxtəlif mükafatlar veriləcək. Qaliblər Çində keçiriləcək 14-cü ümumdünya “Çin dili körpüsü” müsabiqəsinin final mərhələsində azərbaycanlı tələbələri təmsil etmək və ya final mərhələni seyr etmək imkanı qazanacaqlar. Bundan əlavə BDU-nun nəzdində Konfutsi İnstitutu digər laureatlara ödənişsiz çin dilini öyrənmək imkanı verəcək.
Müsabiqə Konfutsi İnstitutunun qərargahı tərəfindən təşkil edilib.
BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən həyata keçiriləcək müsabiqənin məqsədi gənc azərbaycanlılara çin dilindən bilik və bacarıqlarının nümayış etdirilməsi üçün şərait yaratmaq, onların çin dilini öyrənməsi üçün maraq və sevgini artırmaq, həmçinin çin dili və mədəniyyəti anlayışına imkan yaratmaqdır. Azərbaycanı təmsil edən müsabiqə qalibi Asiya zonasında keçiriləcək müsabiqədə iştirak edəcək.
Qeydiyyat üçün qaynar xətt: 055 293-05-14 (+99412) 510-81-27
E-ünvan: confuciusbaku@gmail.com
Sayt: http://ci.bsu.az.chinesecio.com/
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47