Bakı, 3 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində "Beynəlxalq münasibətlər və diplomatiya klubu” layihəsi çərçivəsində növbəti müzakirə keçirilib.
Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, “Müasir dünya nizamında dəyişən reallıqlar” mövzusunda aparılan müzakirələrdə Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev qonaq qismində iştirak edib.
Dünyada baş verən siyasi proseslər barədə məlumat verən qonaq müasir geosiyasətin mərkəzində dayanan qüvvələr, onların siyasi gedişlərə təsirindən danışıb. O, həmçinin müxtəlif regionlarda formalaşan geosiyasi meyllər barədə də iştirakçılara məlumat verib.
Sonra mövzu ilə əlaqədar slayd nümayiş olunub, müzakirələr aparılıb.