Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” MMC müharibə veteranları abunəçiləri üçün xüsusi kampaniyaya başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, müharibə veteranları statusuna malik olan fakturasız xətt abunəçiləri bu ay balanslarına birinci dəfə yüklədikləri hər hansı danışıq kartının məbləğinin 100 faizini bonus olaraq hədiyyə alacaqlar. “Azercell” tərəfindən hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.
Qeyd edək ki, “Azercell” 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən müharibəsi veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 mindən artıq veteran yararlanaraq 5 milyon 400 min manatdan artıq həcmdə bonus əldə etmişlər.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət olunmalıdır.