2050-ci ildə dünyada müsəlmanların və xristianların sayı bərabərləşəcək
Bakı, 3 aprel, AZƏRTAC
Hazırda tərəfdarlarının sayına görə Xristianlıq dünyanın aparıcı dini olsa da, İslam ona çatmaq üzrədir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırkı tendensiyanın davam edəcəyi təqdirdə 2050-ci ildə Yer kürəsi əhalisi arasında xristianların və müsəlmanların sayı bərabərləşəcək. 2070-ci ildə isə İslam dünyanın aparıcı dininə çevriləcək. Belə bir proqnoz Vaşinqtonun Pyu adına tədqiqat mərkəzinin profil bölməsinin məruzəsində yer alıb.
Sənəddə qeyd olunur ki, 2010-cu ildə dünyada 2,2 milyard xristian qeydə alınıb. Bu da ümumi əhalinin 31 faizini təşkil edib. Həmin il müsəlmanların sayı isə 1,6 milyard (23 faiz) olub. Buna baxmayaraq, İslam dininin nümayəndələri planetimizin demoqrafik göstəricilərinə görə daha dinamik artan regionlarında yaşayırlar. Amerikalı mütəxəssislərin hesablarına əsasən, 2050-ci ildə Yer kürəsində yaşayacaq 9,3 milyard əhalidən 2,8 milyardı müsəlman, 2,9 milyardı isə xristian olacaq. Həmin dövrdə xristianların 40 faizi Afrikada Saxaradan cənubda yaşayan əhalinin payına düşəcək. Avropada miqrasiya hesabına müsəlmanların sayı ümumi əhalinin 10 faizini təşkil edəcək. Hətta Böyük Britaniya, Niderland, Fransa kimi bəzi ölkələrdə xristianlar say baxımdan üstünlüyü itirəcəklər. ABŞ-da isə İslam Yəhudiliyi qabaqlayaraq Xristianlıqdan sonra tərəfdarlarının sayına görə ikinci yeri tutacaq.
Yaxın 40 ildə dünyanın ən iri dinləri arasında yalnız buddizmdə artım gözlənilmir. Belə ki, dindarlar arasında ən aşağı doğum səviyyəsi məhz bu dinin nümayəndələrində müşahidə edilir. Onlarda hər qadına 1,6 yeni doğulmuş uşaq düşdüyü halda, müsəlman və xristianlarda bu göstərici müvafiq olaraq 3,1 və 2,7-dir.
Maraqlıdır ki, Vaşinqton tədqiqatçılarının proqnozlarına görə, ABŞ və Fransa da daxil olmaqla bəzi ölkələrdə ateistlər, aqnostiklər və özünü heç bir dinə mənsub saymayan insanlar çoxalsa da, dünyada onların ümumi sayı azalacaq.
Qeyd edək ki, yeni məruzə amerikalı protestantların və katoliklərin bayram etməyə hazırlaşdıqları Pasxa ərəfəsində dərc olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47