Bakı, 3 aprel, AZƏRTAC 
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 220 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 20, Salyanda 15, Bankədə 2 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm, Şirvanda 265 sm, Salyanda 201 sm, Bankədə 195 sm, Araz çayının Novruzlu məntəqəsində isə 149 sm təşkil edir.