Milli Məclisin sədr müavini: "Türkiyədə son günlər baş verən hadisələr Azərbaycanın hər bir vətəndaşını hiddətləndirdi"
Vitse-spiker qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri arasında çox ciddi dostluq əlaqələri mövcuddur. B.Muradova vurğulayıb ki, bu gün dünyada çox ağır bir durum var: “Bizi hər yandan təhlükələr təhdid edir. Eyni zamanda, bütün dünya ölkələri və xalqlarını bu təhlükələr təhdid etməkdədir. Bu təhlükələri önləmək, qarşısını almaq üçün ölkələrin üzərinə çox ciddi vəzifələr düşür”.
Vitse-spiker Türkiyənin KİV nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib: “Dağlıq Qarabağ münaqişəsi və qondarma “erməni” soyqırımı məsələsi ölkə içində olduğu kimi, beynəlxalq arenada da Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət proqramı müəyyənləşdirməsini tələb edir. Son illər bu istiqamətdə ciddi fəaliyyət gedir. Ərazilərinin işğalı problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan problem haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin dəstəyinə ciddi bel bağlayır”.
B.Muradova Azərbaycanın turizm imkanlarından da danışıb. O bildirib ki, yaradılan turizm infrastrukturu ölkənin dünyada tanınmasına xidmət edən amillərdən biridir: “İlin istənilən fəsilində Azərbaycanda idman və turizm sahəsində aktivlik müşahidə olunur. Məhz buna görə də ölkəmiz xarici turistlərin ən çox maraq göstərdiyi məkana çevrilib”.
B.Muradova Türkiyədə son günlər baş verən hadisələrə görə Azərbaycanın hər bir vətəndaşının üzüldüyünü və hiddətləndiyini vurğulayıb.
Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim isə çıxışında qonaqpərvərliyə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb: “Ötən il Əskişəhərdə biz 350 qəzetçinin iştirakı ilə I Türk Dünyası Qəzetçilər Şurası adlı konfrans keçirdik. Hər il fərqli Türk Dünyası şəhərində belə konfransı keçirmək niyyətindəyik. Bununla bağlı işlər gedir. Növbəti belə konfrans Qazaxıstanda keçiriləcək. Amma biz Azərbaycanda da belə konfransı keçirmək niyyətindəyik. Fürsətdən istifadə edərək, bu təklifimi sizə təqdim edirəm”.
Görüşün sonunda Bahar Muradova türkiyəli KİV nümayəndələrinin suallarını cavablandırıb. Qeyd edək ki, türkiyəli KİV nümayəndələrinin Azərbaycana səfəri aprelin 5-dək davam edəcək. Səfərdə məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətində aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47