Türkiyənin tanınmış media təmsilçiləri Milli Məclisdə olublar
Bakı, 3 aprel, Aidə Quluzadə, AZƏRTAC
Aprelin 3-də Milli Məclis sədrinin müavini Bahar Muradova Türkiyənin tanınmış media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bahar Muradova Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin qədim tarixə, oxşar ənənələrə söykəndiyini deyib. Dünyada baş verən qarışıq ictimai-siyasi hadisələrin fonunda iki ölkə arasındakı birliyin əhəmiyyətinə toxunan sədr müavini qarşılıqlı səfərlərin münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı roldan danışıb. Bahar Muradova bildirib ki, hər sahədə olduğu kimi, media sahəsində də sıx əməkdaşlıq hər iki ölkənin uğurlarının və problemlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox vacibdir. Federasiyanın üzvlərinin Azərbaycana bu səfəri də media sahəsindəki əməkdaşlığın yeni müstəvidə inkişafına şərait yaradacaq.
Qeyd edilib ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidirsə, Ermənistanın Türkiyəyə qarşı əsassız qondarma soyqırımı iddiaları da türkləri narahat edən məsələlərdəndir. Biz birgə öz gücümüzü birləşdirib ölkələrimizə qarşı qaldırılan bu kimi qaralama kampaniyalarına, şər və böhtana qarşı mübarizə aparmalıyıq. Çünki həm Azərbaycan, həm də Türkiyə regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır.
Bildirilib ki, Azərbaycan və Türkiyə diasporları dünyanın bir çox ölkələrində birgə fəaliyyət göstərərək Xocalı soyqırımı və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışıb. Bu da ölkələrimizin birliyinin daha bir bariz göstəricisidir.
Nümayəndə heyəti adından çıxış edən Türkiyə Qazetəçilər Federasiyasının nümayəndəsi Yılmaz Karaca Azərbaycanda ilk dəfə belə böyük tərkibdə təmsil olunduqlarını söyləyib. Belə görüşlərin sayının artırılmasının vacibliyinə toxunan qonaq bunun bir-birimiz haqqında daha çox informasiya toplamağımıza imkan yaratdığını deyib. O, eyni zamanda, Türkiyə Qazetəçilər Federasiyasının reallaşdırdığı layihələr və qurumun əsas fəaliyyəti barədə məlumat verib.
Gələcək əməkdaşlığa dair məsələlərin müzakirə olunduğu görüşdə nümayəndə heyətinin üzvləri onları maraqlandıran suallar veriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47