Krımın Rusiyaya ihlaqından sonra Putinin bura təyin etdiyi cazibədar prokuror gündəmdən düşmür. İmicini yenidən dəyişən gənc prokuror Hollivud ulduzlarına bənzəyən görüntüsü ilə göz oxşayır.

Nataliya Poklonskinin imicini 24 yaşlı Simferopoldan olan stilist Pavel Kalaşnikov dəyişib. O, "Komsomolskaya Pravdaya" prokurorun imicini necə dəyişdiyini açıqlayıb.

Onun sözlərinə görə, Poklonskaya ilk dəfə onun salonuna ötən ilin avqust ayında gəlib, tanışının məsləhəti ilə.

"Birinci dəfə mən onun mühafizəçi ilə gəlməsinə diqqət etmədim. Axı bizə müxtəlif insanlar gəlirlər. Biz heç vaxt müştəridən kim olduğunu, nə qədər pulu olduğunu soruşmuruq. İndi Nataliya saç düzümünü yeniləmək, manikur etdirmək üçün tez-tez gəlir. Hamı kimi ödənişini edir. Lakin daimi müştərimizə 10 faizlik endirimimiz var".

Gənc stilist gözəl prokurorun gözəl görünməsi üçün nə qədər vəsait xərclədiyini açıqlamayıb.

Onun sözlərinə görə, prokuror bəzən xəbər vermədən qəfil gəlir, bəzən isə gecə işdən sonra gəlməyə vaxt tapır. İndi Poklonskaya salona daxil olan kimi indi hamı onu tanıyır. Bəzən o başqa müştərilərlə danışır, çox zaman isə hansısa işi həll edir. Telefon ancaq fen işə düşəndə sönür.

Son dəfə salonda olanda sarışın gözəlin saçı kəsilib, boyanıb. İndi o Hollivud ulduzlarının saç düzümündən istifadə edir.



Mənbə
ANS PRESS