Bakı, 3 aprel, AZƏRTAC
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Könül Məmmədovanın üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı K. Məmmədovadan 4 ədəd bağlamada ümumi çəkisi 175,308 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma davam etdirilir.