Ağdaşda heyvandarlığın inkişafı üçün suni mayalama metodundan geniş istifadə edilir
Ağdaş, 3 aprel, AZƏRTAC
Son illər Ağdaşda tətbiq edilən süni mayalama tədbirləri rayonda heyvandarlıq sahəsinin inkişafına təkan verib.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizə aparılması və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması məqsədilə Ağdaşda 16 süni mayalama məntəqəsi yaradılıb. Kəndlərdə fəaliyyət göstərən süni mayalama texnikləri bu ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 baş çox olmaqla, 926 baş iri buynuzlu heyvanı süni yolla mayalandırıblar. Süni mayalanmış inək, düyə və camışlardan yanvar-fevral-mart aylarında 421 baş sağlam bala alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 baş çoxdur.
Xatırladaq ki, 2014-cü ildə Ağdaşda 2117 baş heyvan süni mayalandırılıb və 1218 baş sağlam bala əldə edilib.
Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. Görülən tədbirlər nəticəsində mövcud mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb. Eyni zamanda, kəndlərdə heyvanların yoluxucu xəstəliklərdən mühafizəsi üçün vaxtaşırı lazımi müayinə və profilaktiki tədbirlər həyata keçirilir. Süni mayalama texnikləri vətəndaşalara əvvəlcə kataloq vasitəsilə seçim etməyə şərait yaradırlar. Süni mayalanma metodundan istifadə edən fermerlər ildən-ilə təsərrüfatlarındakı mal-qaranın daha sağlam və yoluxucu xəstəliklərə qarşı daha dözümlü olduğunu deyirlər.
Qeyd edək ki, hazırda rayonda 79 min 851 baş iri buynuzlu mal-qara bəslənilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47