Hülya Avşarın bacısı, tanınmış teleaparıcı Helin Avşar həyatında olan dəyişikliklər barədə danışıb.Allah qismət edərsə, bu il aprelin sonunda ümrə ziyarətinə də gedəcəyəm
Anspress-in məlumatına görə, Helin Avşar “Ses” jurnalına verdiyi müsahibədə namaz qılmağa başladığını deyib.
Ailə qurmaq və övlad sahibi olmaq istədiyini də bildirən Avşar ümrə ziyarətinə getmək istədiyini bildirib.
“Namaz qılmağa başladım, yavaş-yavaş öyrənirəm. Allah qismət edərsə, bu il aprelin sonunda ümrə ziyarətinə də getməyi fikirləşirəm. İstilər düşmədən gedəcəyəm”.
Milli.Az