[ 03 Aprel 2015 12:47 ]
Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Çin hökumətinin təsis etdiyi Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan hökuməti öz niyyətini martın 31-də Çinin Maliyyə Nazirliyinə bildirib.
Azərbaycan Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaq marağını ifadə edib.