Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib
Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında qəbul edilib.

R.Rüstəmovla yanaşı, Xaqani Abdullayev də Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.

E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

X.Abdullayev isə Mərkəzi Bankda 1997-ci ildən işləyir. 2010-cu ildə isə o Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.

Milli.Az