Qaradağ rayonunda yerləşən daş karxanalarından birində faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, Qızıldaş qəsəbəsindəki peşə məktəbində yaşayan 1949-cu il təvəllüdlü Mehdiyev Bayram Ağayar oğlu Qızılqaya adlanan ərazidəki karxanada hündürlükdən yıxılıb. O, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırmalar aparılır.