[ 03 Aprel 2015 12:07 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Martın 31-i Volqa-Xəzər su kanalında saya oturan Azərbaycan bayrağı altında üzən "Teymur Əhmədov" teploxodu torpaqdan çıxarılıb.

 

APA-Economics”in “PortnNews” agentliyinə istinadən verdiyi xəbərə görə, qəzalı vəziyyətdə olan gəmi Rusiya tərəfinin yardımı ilə artıq lövbər salıb.

 

Gəminin Azərbaycana nə vaxt yola salınacağı məlum deyil.

 

Teploxodun göyərtəsində 3 tondan artıq buğda var.

 

Rusiya tərəfi qəza şəraitində olan gəminin köməyinə "Pyotr Bokanyov” adlı teploxod göndərib.