Aprelin 2-də saat 04:28 radələrində Qusar şəhəri, H.Əliyev prospektində yerləşən Abdulrəhmanov Tariyel Nəbi oğluna məxsus “Aydan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalını daxil olub. Lent.az-ın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, siqnal yoxlanılarkən, obyektin giriş qapısının sındırıldığını aşkar edilib. Dərhal keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğa cəhd edən, Qusar şəhər sakini, 1992-ci il təvəllüdlü Rəhimxanov Rəşid Səlimxan oğlu yaxalanıb. O, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) təhvil verilib.

 

Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.