Bakı Ali Neft Məktəbində “Biometrik elektron qeydiyyat sistemi” layihəsi təqdim edilib
Bakı, 3 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “Biometrik elektron qeydiyyat sistemi” layihəsinin təqdimatı olub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli qərarı ilə təsdiqlənmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın müvafiq maddəsinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin həmin fənndən imtahana buraxılmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Rektor bu qərarın əsas götürüldüyünü, semestr ərzində toplanan ballar arasında davamiyyətə görə də bal verilməsi, tələbələrin davamiyyət hesablamalarının aparılmasının zəruriliyini qeyd edib. Bu sistemin Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə BANM-də tətbiq olunduğu bildirilib. E.Qasımov tələbələrin davamiyyətinin kağız üzərində hesablanmasının zaman itkisinə səbəb olduğunu, bu sistemin Bakı Ali Neft Məktəbində tətbiqinin tədris prosesinin daha operativ, obyektiv və şəffaf təşkilini təmin edəcəyini vurğulayıb.
Sistem haqqında qısa məlumat verən rektor yeni sistemin turniket və biometrik cihazların bir-biri ilə bir başa əlaqəsi vasitəsilə obyektiv işləməsi və davamiyyətin şəffaf aparılması üçün hər bir tələbənin barmaq izlərinin götürülərək sistemə daxil edildiyini bildirib.
“Biometrik elektron qeydiyyat sistemi” layihəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin elektron-tədris şöbəsinin metodisti Elnur Səfərli rəhbərlik etdiyi layihə barədə təqdimatla çıxış edib. Təqdimatda sistemin işləmə prinsipi, strukturu və BANM-dəki tədris prosesinin təşkilinə nə kimi müsbət təsirləri olacağı diqqətə çatdırılıb.
Qeyd edilib ki, biometrik elektron qeydiyyat sistemi “REN GROUP” MMC tərəfindən təchiz olunmuş cihazla Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə Bakı Ali Neft Məktəbində tətbiq olunur.
Sonda tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47