Trend xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "Haber7" kanalı terrorçuların Türkiyədə polis bölmələrinə hücumlar və dövlət məmurlarına qarşı sui-qəsdlər həyata keçirməyə hazırlaşması barədə məlumat yayıb.
Son günlər İstanbulda bir neçə terror aktı törədilib. İlkin məlumatlara görə, polisin keçirdiyi terror əməliyyatı nəticəsində DHKP-C ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb.
Milli.Az