İrandan narkotik vasitə gətirən azərbaycanlı qadın tutulub.

ANS PRESS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Könül Məmmədovanın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı ondan 4 ədəd bağlamada, ümumi xalis çəkisi 175.308 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS