Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn şəxsin üzərində xeyli narkotik olduğu məlum olub.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşı Könül Məmmədovanın üzərində şəxsi yoxlama zamanı ondan 4 ədəd bağlamada, ümumi xalis çəkisi 175.308 qram olan narkotik vasitə - heroin aşkar olunub.

 

Araşdırmalar davam etdirilir.