"Mançester Yunayted"in hücumçusu Ueyn Runi İtaliya A Seriyasında oynamaq istəmədiyini açıqlayıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu İngiltərə Premyer Liqasında hər şeyin onu qane etdiyini bildirib:
 
""Fiorentina"da Qabriel Batistunanın oyununu yaxından izləyirdim. Lakin bu o demək deyil ki, İtaliya A Seriyasında oynayacam. İngiltərə Premyer Liqasında hər şey məni qane edir".

Milli.Az